Ev
E-mail
Qonaq kitabi
-ci il
rus versiyasi ingilis versiyasi
 
 · Ümumi məlumat
 •Rəhbərlik                             
 •"Azərpoçt" DM tarixi         
 •Struktur                              
 •Albom                                 
 •Əlaqə                                    
 · Xidmətlər və tariflər
 •Əsas xidmətlər                   
 •Xüsusi xidmətlər               
 •Əlavə xidmətlər                  
 •Beynəlxalq adi poçt           
   bağlamaları üzrə               
   tariflər                                 
 •Sənədli elektrik rabitəsi    
   xidmətləri üçün tariflər    
 · Arayış
 •İndekslər                             
 •Hüquqi sənədlər                
 •Şəhərlərarası kodlar         
 • Beynəlxalq kodlar             
 · Digər
 • Səhifənin xəritəsi              
 • Qonaq kitabı                     
 • Dünya poçt linkləri           
 • Azəri şriftləri                     
 

" AZƏRPOÇT" DÖVLƏT MÜƏSSİSƏSİNİN TARİXİ

Poçt - rabitə sisteminin ən geniş yayılmış şaxələrindən biri olaraq, gündəlik istifadə olunan kütləvi əlaqə vasitəsidir. Poçt rabitəsi dövlətçiliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, ictimai-siyasi proseslərin tənzimlənməsində, xalq təsərrüfatının, biznes əlaqələrinin genişlənməsində, əhalinin maariflənməsində və s. hallarda mühüm və əvəzedilməz rola malikdir. Yaşadığımız müasir dövrdə texnikanın, xüsusilə elektronikanın, radionun, televiziyanın, internet xidmətlərinin yüksək inkişaf tempi poçta olan marağı azaltmamış, əksinə poçt xidmətinin inkişafına müəyyən qədər müsbət təsir göstərmişdir. İnkişaf etmiş dünya ölkələrinin statistikası göstərir ki, əhali arasında poçt xidmətlərinin növləri, o cümlədən bağlamaların, banderolların, məktub korrespondensiyalarınin, pul baratlarının mübadiləsi gündən-günə artmaqda davam edir. İnsanlar məktub vasitəsi ilə əlaqələrin inkişafına daha çox üstünlük verirlər, çünki rabitənin bu klassik xidmət növü ta qədim zamanlardan bəri istifadə olunan ən inanılmış rabitə vasitəsi olaraq qalmaqdadır. Dünya ölkələrinin əksəriyyətinin, o cümlədən ölkəmizin Konstitusiyasında hər bir vətəndaşın yazışma sirrini saxlamaq hüququna dövlət təminat verdiyi üçün 1 bu xidmət növünə insanlar arasında etibar daha çoxdur. Son vaxtlar dünyada baş verən ictimai-siyasi hadisələrin, lokal müharibələrin, ərazi münaqişələrinin nəticəsində yaranmış ekstremist-millətçi qrupların, separatçı təşkilatların, din təmsilçilərinin öz bəd əməllərini terror vasitəsi ilə həyata keçirtmək üçün poçt xidmətlərindən istifadə etmək arzusunda olmuş və bəzən öz niyyətlərinə çatmışlar. Xüsusən 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş məlum terror hadisələrindən sonra məktub korrespondensiyasında qarayara bakteriyalarının göndərilməsi müəyyən zaman çərçivəsində bəzi əhali zümrəsini poçt xidmətlərindən istifadə etməkdən çəkindirsə də bu hal uzun sürməmiş, yuxarıda deyildiyi kimi poçt xidmətlərinə olan inam, tələb və maraq onun imicini qoruyub saxlaya bilmişdir. Heç kəsə sirr deyil ki, poçt xidməti digər xidmətlərə nisbətən ən ucuz və əlverişli xidmət vasitəsidir. Belə olmasa idi milyonlarla insanlar uzun dövrlərdən bəri klassik və müasir ənənəvi poçt xidmətləri ilə yanaşı, qeyri-ənənəvi poçt xidmətlərindən, o cümlədən pensiya və müavinətlərin, qəzet və jurnalların, teleqramların evlərə çatdırılması, elektrik enerjisinin, qaz haqqının yığılması və s. bir sözlə 40-a yaxın qeyri-ənənəvi xidmətlərin poçt işçiləri vasitəsi ilə onlara xidmət göstərilməsinə imkan yaratmazdılar.

   

Poçt rabitəsi - insanların mədəni-məişət şəraitinə daxil olaraq onların gündəlik həyat mənbəyinə çevrilmişdir. Müasir dövrdə elə bir ailə tapmaq mümkün deyildir ki, poçt xidmətlərinin heç olmasa bir növündən istifadə etməsinlər.

   

Poçt rabitəsi vasitəsi ilə adamlar dünyanın istənilən nöqtələrində yaşayan yaxınları ilə əlaqə qurmaq imkanına malikdirlər. O cümlədən bu xidmətin köməyi ilə insanlar, dostları, tanışları, peşə həmkarları ilə əlaqə yaradaraq elmi və praktiki təcrübə mübadiləsi aparır, bir-biriləri ilə məsləhətləşmələr və mükalimələr edərək öz şəxsi həyatlarında, həmçinin biznesdə, ictimai həyatda, hətta dövlət əhəmiyyətli işlərdə onları narahat edən problemlərin həllinə nail olurlar.

   

Poçt rabitəsi- kütlələrin siyasi cəhətdən maariflənməsində mühüm əhəmiyyətə malik bir xidmət sahəsidir. Belə ki, söz və mətbuat azadlığı olan, çoxpartiyalı və bazar iqtisadiyyatı prinsipləri ilə inkişaf edən ölkələrdə, o cümlədən respublikamızda müxtəlif partiyalar mətbuatın və reklamların yayımı, həmçinin müxtəlif siyasi məcmuələrin, vəsaitlərin bölgə nümayəndəliklərinə çatdırılması üçün poçt xidmətindən istifadə etməyə üstünlük verirlər. Təbiidir ki, əsasən poçt rabitəsi vasitəsi ilə yayımlanan mətbuat və müvafiq reklam məlumatları siyasi maariflənmə üçün ən geniş yayılmış təbliğat vasitələrindən biridir.

Poçt rabitəsini- təhsil sisteminin inkişafına da mühüm əhəmiyyət kəsb edən rabitə vasitələrindən biri kimi hesab etmək olar. Çünki poçt rabitəsi ilə ucqar bölgələrdə yaşayan və paytaxtın elm ocaqlarında qiyabi təhsil alan tələbələr istehsalatdan ayrılmadan lazımi sənədlərin təhsil müəssisələrinə göndərilməsini, həmçinin onlardan gələn tədris vəsaitlərinin və digər məlumatların alınmasını həyata keçirirlər.   >>>

 

 
 
Online abunə
 

English to Azeri Online
Dictionary